← Bloq Yazıları

Şirkətlər ERP Tətbiqində Niyə Uğursuz Olur? (Və Greenfield Yanaşması Nəyi Dəyişir?)
04 Sep 2026

Şirkətlər ERP Tətbiqində Niyə Uğursuz Olur? (Və Greenfield Yanaşması Nəyi Dəyişir?)

Müasir biznes mühitində ERP (Enterprise Resource Planning) sisteminə keçid etmək sadəcə yeni bir proqram almaq deyil, şirkətin bütün "orqanizmini" rəqəmsal platformaya köçürmək deməkdir. Lakin statistika göstərir ki, ERP tətbiqlərinin böyük bir hissəsi ya vaxtında bitmir, ya nəzərdə tutulan büdcəni dəfələrlə aşır, ya da tətbiqdən sonra gözlənilən effektivliyi vermir.

Niyə?

Çünki əksər şirkətlər "Əvvəl proqramı alaq, sonra prosesləri ona uyğunlaşdırarıq" məntiqi ilə hərəkət edir. Nəticədə isə dağınıq, xətalı və standartı olmayan köhnə biznes prosesləri birbaşa yeni sistemə köçürülür — bu aligns olunmamış xaotik sistemi avtomatlaşdırmaqdan başqa bir şey olmur.

Greenfield Yanaşması Nədir və Niyə Vacibdir?
Greenfield (Sıfırdan) ERP Architecture yanaşmasında biz mövcud problemli vərdişləri bir kənara qoyuruq. Sistem qurulmazdan əvvəl:

Biznes Proseslərinin Analizi və Re-injinirinqi (BPR): Satış, Anbar (MM), Maliyyə (FMS) və İnsan Resursları (HRM) zəncirindəki tüm "dar boğazlar" (bottlenecks) tespit olunur.

BPMN 2.0 Xəritələnməsi: Bütün əməliyyat axını beynəlxalq standartlara uyğun vizuallaşdırılır.

Konseptual Modelləşdirmə: Proqram təminatının arxitekturası şirkətin strateji hədəflərinə tam cavab verəcək şəkildə sıfırdan layihələndirilir.

Uğurlu ERP Tətbiqinin 3 Qızıl Qaydası
Texniki Sənədləşdirmə (Requirements Engineering): Biznes rəhbərliyi ilə proqramçı komandası arasında körpü yaradılmalıdır. Dəqiq yazılmış BRD (Biznes Tələbləri) və SRS (Sistem Tələbləri) sənədləri olmadan yazılan hər bir kod gələcəkdə əlavə xərc deməkdir.

Məlumat Təmizliyi (Data Cleansing): Köhnə bazadakı dublikat və yanlış verillənlər yeni ERP-yə keçməməlidir.

Modullararası İnteqrasiya: Nəqliyyat , İstehsalat və Satış modulları real-vaxt rejimində mərkəzləşdirilmiş bazaya məlumat ötürməlidir.

Nəticə:

ERP tətbiqi İT departamentinin deyil, bütün biznesin transformasiya layihəsidir. Proseslərinizi düzgün xəritələndirmədən başlanılan ERP layihəsi lüks bir maşının mühərrikini nasaz korpusa qoymağa bənzəyir.

Bloq Yazıları